Rusiyalı yumorist və teleaparıcı, milliyətcə erməni olan Mixail Qalustyan İrəvana köçmək planları ilə bağlı fərziyyələri təkzib edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı "Gazeta.ru" saytı yayıb.
“Mən yaşamaq üçün ölkələrin siyahısını hazırlasaydım, yəqin ki, Ermənistanı seçməzdim. Çünki Ermənistan Rusiyadan çox asılı bir ölkədir.
Qəribədir, məni bir vaxtlar özlərininki (Ermənistanı nəzərdə tutur) hesab edirdilər, ikinci vətəndaşlığı alandan sonra isə bu düşüncədən vaz keçdilər”, - deyə Mixail Qalustyan Nadejda Streleçlə söhbətində bildirib.