Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində irəli sürəcəyi 10 maddəlik “sülh formulu”ndan danışıb.
O, qeyd edib ki, bu, Kiyev rejiminin kollektiv Qərblə birgə hazırladığı növbəti təxribat hekayəsidir.
“Həmkarlar sülh təşəbbüsləri məsələsini, Zelenskinin planını müzakirə etmək üçün görüşlər keçiriblər. Biz dəfələrlə demişik və bunu Rusiya prezidentinin ağzından bir daha təsdiqləmişik ki, biz bu planı məhz ona görə qəbul etmirik ki, orada yazılan sözlər, ilk növbədə, nə yerdə, nə də dünyada reallıqları əks etdirmir. Bundan başqa orada "dinc" sözündən heç nə yoxdur. Bu, Kiyev rejiminin kollektiv Qərblə birgə hazırladığı növbəti təxribat hekayəsidir”.
Aynurə İsmayıl