Meksikada turist avtobusunun qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.
Ednews xəbər verir ki, Meksikada turist avtobusunun 40 metr dərinlikdəki dərəyə yuvarlanıb.
Nayarit şəhərin Baş Prokurorluğu qəza nəticəsində 20 nəfər yaralandığını və onları xəstəxanaya yerləşdirildiyini bildirilib.
Sərnişinlərin əksəriyyəti Hindistan, Afrika və Dominikan Respublikasından olan turistlər olub. Sərnişinlərin bəziləri ABŞ-a qeyri- qanuni səfər edənlər olub.
Qeyd edək ki, avtobus Mexika və ABŞ sərhədində olan Tixuana şəhərinə gedirmiş.
İlkin araşdırmalar görə qəzaya sürət həddinin yüksək olması səbəb olub.
Xatırladaq ki, hər il yüz minlərlə miqrant Meksikanın şimal sərhədindən ABŞ-a keçməyə cəhd edir.
Loğman Yunis