Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin Qara Dəniz Taxıl Təşəbbüsünü bərpa etmək çağırışına cavab verib.
Ednews xəbər verir ki, bu barədə Zaxarova həftəlik brifinq zamanı məlumat verib.
"Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Əvvəlcə "sistemik" vəzifələrin həlli və yalnız bundan sonra Qara dəniz təşəbbüsünün mümkün reanimasiyası ola bilər", - deyə Zaxarova qeyd edib.
Qeyd edək ki, bu cür vəzifələr Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, ehtiyat hissələrinin tədarükünü bərpa etməyi, nəqliyyat logistikasının və sığortanın qurulmasını, Rusiya şirkətlərinin xarici aktivlərə çıxışını bərpa etməyi nəzərdə tutur.