“Rusiya Qara dənizə atəş açaraq hökmranlıq etməyə davam edərsə, Ukrayna özünü müdafiə edəcək”.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Argentinanın “Nacion” nəşrinə müsahibəsində deyib.
Zelenski bildirib ki, “Taxıl sazişi” fəaliyyətini dayandırdıqdan sonra Ukrayna həll yolları axtarmağa məcburdur:
“Rusiya Qara dənizdə taxıl dəhlizinin qarşısını almaqda davam edərsə, gəmisiz qala bilər. Rusiya Federasiyası başa düşməlidir ki, eyni ruhda davam etsə, münaqişənin sonuna bir dənə də olsun gəmisi qalmayacaq”.