Böyük Britaniya səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ednews xəbər verir ki, buna İranda 8 avqust qeyd edilən Jurnalistlər Günündə səfirin “Twitter“ paylaşımında İranda medianın fəaliyyətinə yaradılan maneələri tənqid etməsi səbəb olub.
Nazirliyin Qərbi Avropa İdarəsinin rəisi səfirə 8 avqust – Jurnalistlər Gününə dair “Twitter“ paylaşımı ilə bağlı etirazını bildirib.