Avstraliyanın baş naziri Entoni Albanezin oktyabrda ABŞ-a səfəri zamanı prezident Co Baydenlə görüşəcək.
Ednews Reuters portalına istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş nazirinin ofisi bəyanat yayıb.
Ölkə liderləri təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi və enerji təchizatını müzakirə edəcəklər. Danışıqların məqsədlərindən biri "güclü, təhlükəsiz və firavan Asiya-Sakit Okean regionudur", - Albanezenin bəyanatında deyilir.
Reuters qeyd edir ki, görüş Çinin regionda aktivliyinin artması fonunda baş tutacaq.
Nurlana