ABŞ-da erməni lobbisi Los-Ancelesdə iki gündür Xankəndidə qondarma aclığa görə etiraz aksiyası keçirirlər.
Ednews xəbər verir ki, erməni icması 134-cü Qlendeyl-Börbank şossesini bağlayıb və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə dəstək aksiyası keçirir.
Bu, onların təbliğatının ikinci günüdür.
Erməni psevdo vətənpərvərləri bu yolla Qarabağ ermənilərin “haqlarını” dünyaya çatdırmaq iddiasındadır.