Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 23 nəfər xəsarət alıb.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
"Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb", - deyə o, sosial şəbəkə hesabında paylaşıb.
O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.
***
22:20
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar 7 kilometr dərinlikdə hiss olunub.