Separatçı rejimin prezidentinin müşaviri David Babayan daha bir təxribatçı açıqlama verib.
Ednews xəbər verir ki, o, erməni kanallarının birinə açıqlama verərkən Laçın “blokadasından”, Xankəndi “aclığından” danışıb. O, qeyd edib ki, beynəlxalq hüquq ermənilərin bu gün “aclıqdan ölməsinə” göz yummamalıdır və vəziyyətə müdaxilə etməlidirlər.
Daha sonra “xunta” nümayəndəsi bildirib ki, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində heç bir gələcəyi yoxdur və biz onun tərkibində yaşamayacağıq.
Göründüyü kimi Azərbaycan sülh tərəfdarı olaraq, bütün səylərini bu istiqamətə yönləndirsə də, ermənilər öz işğalçı, separatçı niyyətlərindən əl çəkmək fikrində deyillər.
Daha ətraflı videosüjetdə: