Moskva birjasında dolların məzənnəsi 100 rubldan yuxarı qalxıb.
Ednews xəbər verir ki, 1 dollar 100,34 rubl səviyyəsinə çatıb. Hazırda 100,22 rubl təşkil edir.
Ümumiyyətlə, son gündə dollar rubl qarşısında 0,7%-dən çox bahalaşıb. Rusiyada avro isə 109,6 rubla dəyişdirilir.
Qeyd edək ki, bu, 2022-ci ilin yazından bəri ən böyük göstəricidir.