ABŞ prezidenti Co Baydenin oğlu Hanter istintaq və prokurorluqla razılaşmanın uğursuz olduğunu açıqlayıb.
Ednews “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, onun fikrincə, prokurorluq “əvvəlcədən razılaşdırılmış ittiham sözdələşməsini” pozub. Bundan əvvəl ABŞ-ın xüsusi müşaviri Devid Veys istintaqla Hanter Baydenin nümayəndəsi arasında danışıqların pozulduğunu bildirmişdi.
Daha əvvəl Hanter Baydenin iki ittiham üzrə təqsirli bilinəcəyini vəd etdiyi istintaqla sövdələşməsi barədə məlumat yayılıb. Bunun müqabilində o, şərti məhkumluq almalı idi.
Nurlana