“FOX 11 Los Angeles” və “ABC” telekanalları ermənilərin növbəti propanqandasına işıq salmağa çalışıb.
Ednews xəbər verir ki, “FOX 11 Los Angeles” və “ABC” telekanalları Los Ancelesdə yaşayan erməni icmasının təşkil etdiyi mitinqi işıqlandıraraq guya Ermənistanın dırnaqarası Artsak adlandırdıqları Qarabağı Azərbaycanın özü tərəfindən blokadada saxlandığı iddiası ilə çıxış ediblər. Uydurma iddialarla təşkil edilən etiraz aksiyasını Los-Ancelesdəki erməni icması təşkil edib.
“Ermənistanın digər ölkələrdə yaşayan separatçı dəstələri qondarma soyqırım, qondarma torpaq yaratmaqla sakitləşməyib, indi də qondarma aksiyalarını dünya ictimaiyyətinin gözünə “soxmağa” çalışırlar.
Aksiya iştirakçıları Laçın yolunun açılması, Qarabağda yaşayan ermənilərin “blokada”dan çıxarılması kimi absurd şüarlar səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan hökuməti Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu dəfələrlə bəyan edib. Qarabağda yaşayan erməni əhalinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın sərhəd-keçid məntəqəsindən hər iki istiqamətdə sərbəst keçid şəraiti bunu bir daha sübut edir.