Xəbər verdiyimiz kimi, ABŞ-ın Havay ştatında baş verən güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
Məlumata görə, yanğınlar nəticəsində 2 mindən çox bina dağılıb və ya məhv olub, 900 hektar meşə sahəsi yanıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Co Baydeni tənqid edib.
Tramp Baydeni “qəddar, axmaq və bacarıqsız” adlandırıb. Siyasətçinin fikrincə, bunu ABŞ administrasiyasının həyata keçirdiyi “iyrənc və ölkəyə hədələyici” hərəkətlər sübut edir.
“Bayden ölkəmizi cəhənnəmə aparan psixi fəlakətdir!”, Tramp fikrini yekunlaşdırıb.
Bundan əvvəl sabiq Prezident bildirmişdi ki, Baydenin immiqrasiya siyasəti “ABŞ tarixində indiyə qədər edilən ən böyük və ən dağıdıcı səhv” olacaq.