ABŞ hökuməti ölkədə keçiriləcək prezident seçkiləri öncəsi təbliğat məqsədilə İraq və Suriyadan çıxa bilər.
Ednews xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Bayden ABŞ qüvvələrinin Yaxın Şərqdən çıxarılmasından 2024-cü il kampaniyasına dəstək olaraq istifadə etmək istəyir.
Müşahidəçilər bildirirlər ki, İraq və Suriyaya göndərilən əlavə hərbçilər sonda geri çəkiləcəyi təqdirdə təhlükəsizlik və maddi-texniki yardımı təmin etmək üçün oradadırlar.
Türkiyə hökuməti isə daha əvvəl elan etdiyi “Təhlükəsiz Bölgə” strategiyasını həyata keçirmək istəyir. Rusiya və İran hökumətləri isə ABŞ-nin evakuasiya edə biləcəyi ərazilərdə Türkiyəyə fürsət vermədən Tramp dövründə Mənbicdə olduğu kimi hökmranlıq qurmaq istəyir. Bu, Türkiyə sərhədində Rusiya və İran bazalarının artmasına səbəb ola bilər.
Oğuz