Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, o, Ukraynanın İsrailə verilən kimi ABŞ-dan təhlükəsizlik zəmanəti alacağına inanır. O, bu modelə "silahlar, texnologiyalar, təlimlər, maliyyə"nin daxil olacağını söyləyib, lakin o, belə zəmanətlərin Konqres tərəfindən icazə verilməli olduğunu da qəbul edib.
Zelenski müharibənin Rusiya ərazisinə qədər genişləndirilməsi ehtimalını da şərh edərək bildirib ki, Ukraynanın bəzi müttəfiqləri belə bir eskalasiyaya hazır deyillər. “Ukrayna bilməlidir ki, bu və ya digər məqamda o, tək qala bilər, bu və ya digər məqamda hansısa daxili proseslər və ya daxili siyasət, hətta seçkilər səbəbindən tərəfdaş olaraq da ayrıla bilər”, - deyə o, əlavə edib.
Ülviyyə