ABŞ prezidenti Co Bayden sentyabrın 10-da Vyetnama səfər edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jean Pyer bazar ertəsi verdiyi açıqlamada bildirib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Hanoy səfəri zamanı Bayden Vyetnam Kommunist Partiyasının baş katibi Nguyen Phu Trong və iki ölkə arasında "əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını" müzakirə edəcəyi digər "əsas liderlərlə" görüşməyə hazırlaşır.
“Liderlər texnologiyaya və innovasiyaya əsaslanan Vyetnam iqtisadiyyatının böyüməsini təşviq etmək, təhsil mübadiləsi və işçi qüvvəsinin inkişafı proqramları vasitəsilə xalqlarımız arasında əlaqələri genişləndirmək, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və ölkədə sülh, firavanlıq , regoinda sabitliyi artırmaq imkanlarını araşdıracaqlar",- deyə Jan-Pyer bildirib.
Ülviyyə Şahin