"Ukraynanın Rusiya ərazisinə hücumları cəzasız qalmayacaq", - deyə Zaxarova vurğulayıb.
Ednews TASS-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Kiyev Qərbin dəstəyi ilə kasetli sursatlardan istifadə etməklə Rusiyanın regionlarındakı mülki hədəfləri atəşə tutmaqda davam edir.
Ukraynanın ötən gecə Rusiya bölgələrindəki obyektlərə hücumu Kiyev rejiminin terrorçu xarakterini təsdiqləyir.
Qeyd edək ki, Ukrayna son günlər Rusiya ərazisinə zərbələr endirir. Ukrayna bu gecə Rusiya ərazisində indiyə qədərki ən güclü PUA hücumunu həyata keçirib.