“Fransa Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə vasitəçilik səylərində hər iki tərəfin mövqeyini nəzərə almalıdır”.
Ednews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.
"Bir tərəfdən, biz dəfələrlə bildirmişik ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə Rusiyanın səylərinə zidd olmayan, bu səyləri təkrarlamayan istənilən təşəbbüsü müsbət qarşılayırıq.
Digər tərəfdən, Fransanın bu istiqamətdə aktivliyi bizə yaxşı məlumdur. Ən az bunun qədər önəm daşıyan isə odur ki, bu cür vasitəçilik səyləri çərçivəsində ilk növbədə hər iki tərəfin, yəni həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini nəzərə almaq lazımdır. Bu olmadan onsuz da gərgin olan vəziyyətin tənzimlənməsində hər hansı irəliləyiş gözləməyə dəyməz", - o deyib.