NATO-nun Avropa İnkişaf Komitəsinin prezidenti Günter Fehlinger Ermənistanı Şimali Atlantika Alyansına qoşulmağa çağırıb.
Ednews xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
“Mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram, Nikol Paşinyan. Ermənistanı qoruyun, ABŞ prezidenti”, - deyə alyansın nümayəndəsi yazıb.
Paşinyan bir qədər əvvəl bəyan etmişdi ki, Ermənistanla Azərbaycan arasında sülh yalnız 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra mümkündür. Onun sözlərinə görə, əks halda “heç vaxt sülh olmayacaq”.
Nurlana