Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram-da ABŞ prezidentliyinə potensial namizəd, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin əqli qabiliyyətlərinin yoxlanılmasını təklif edib.
Ednews xəbər verir ki, Heyli yüksək vəzifələrə namizədlər üzərində araşdırma keçirməyi təklif etdi. Zaxarova buna reaksiya verib.
"Düşünürəm ki, Nikki Heyli üzərində ilk sınaq keçirməyin mənası var"
- deyə Zaxarova qeyd edib.
Bundan əvvəl Zaxarova de-dollarizasiyanı reallıq adlandırmışdı. Onun fikrincə, dollar çox problemli valyutaya çevrilib.
Nurlana Hacıyeva