Ermənistan Müdafiə Nazirliyi sentyabrda ABŞ-la birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb .
Təlimlər 11-20 sentyabr tarixlərində “Zar” mərkəzində Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçiriləcək.
ABŞ və Ermənistan hərbçiləri sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar hazırlayacaqlar.
“Təlimlərin keçirilməsində məqsəd bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılmasıdır”, - deyə nazirlik qeyd edib.
Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər həm də “ NATO-nun əməliyyat potensialı konsepsiyası çərçivəsində” erməni bölməsinin əməliyyatlara hazırlığını artırmaq məqsədi daşıyır.
Oğuz