Ağ Evin rəsmi saytında dərc olunan bəyanata görə, ABŞ prezidenti Co Bayden Ceykob Lyunun ölkənin İsraildəki səfiri vəzifəsinə namizədliyini irəli sürmək niyyətini təsdiqləyib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Lyu dövlət xidməti sahəsində peşəkardır, keçmiş ABŞ prezidenti Barak Obamanın xəzinədarlığının katibi, dövlət katibinin idarəetmə və resurslar üzrə müavini və aparat rəhbəri və İdarəetmə və Büdcə İdarəsinin direktoru olub. O, həmçinin Milli Təhlükəsizlik Şurasında sədr vəzifəsində çalışıb. Hazırda Lyu həm də ABŞ-Çin Əlaqələri üzrə Milli Komitənin idarə heyətinə sədrlik edir.
Ülviyyə