ABŞ prezidenti Co Bayden Ağ Evdə mükafatlandırma mərasimini qəfil tərk etdikdən sonra veteranlara hörmətsizlik etməkdə günahlandırılıb. Ednews xəbər verir ki, Baydenin Vyetnam müharibəsi veteranı, 81 yaşlı istefada olan kapitan Larri Tayloru mükafatlandırdıqdan sonra son duanı gözləmədən mərasimi tərk etdiyi barədə kadrlar New York Postda dərc edilib.
"Prezident Bayden Vyetnam Müharibəsi Veteranına Şücaət Medalı təqdimetmə mərasimi bitməzdən əvvəl Ağ Evin Şərq Qanadını sürətlə tərk etdikdən sonra hörmətsizlikdə günahlandırılıb",- deyə nəşr qeyd edib.
Öz növbəsində keçmiş Hərbi Dəniz Qüvvələrinin əməkdaşı Şon Rayan bildirib ki, ABŞ prezidenti Bayden insanlara “daim hörmətsizlik” nümayiş etdirir.
Nurlana