“Özbəkistan Respublikası dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir".
Ednews xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Xarici İşlər Nazirliyi yayıb.
"9 sentyabr 2023-cü il tarixində Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq", deyə məlumatda bildirilir.