Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden bazar ertəsi günü əvvəllər Twitter kimi tanınan X-ə 11 sentyabr Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumlarının 22-ci ildönümünü qeyd edərək, hadisənin ölkənin tarixini dəyişdirdiyini, lakin bunun millətin xarakterini dəyişdirmədiyini vurğulayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Vitse-prezident Kamala Harris qeyd edib ki, ABŞ həmin gün "itirilmiş 2997 həyatı heç vaxt unutmayacaq". "Biz qəhrəmancasına ilk müdaxilə edənlərə borcluyuq və qəlbimiz yaxınlarını itirmiş ailə üzvləri və dostları ilə birlikdədir" Bu arada Nümayəndələr Palatasının spikeri Kevin Makkarti 11 Sentyabr Memorialını və Muzeyini ziyarət edib və fotonu “Heç vaxt unutma” başlığı ilə yerləşdirib.
Bayden də hadisəni günün sonunda edəcəyi bir çıxışla xatırlayacaq.