Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 681 nəfərə çatıb.
Ednews xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, azı 2 501 nəfər xəsarət alıb.
Bundan əvvəl ölkə hakimiyyəti 2 497 nəfərin öldüyünü, 2 476 nəfərin yaralandığını bildirmişdi.