ABŞ-ın rəsmi siyasəti, məncə, çox yanlışdır. Hətta deyərdim ki, son illər Vaşinqton həm Rusiyanı, həm də Çini eyni zamanda özünə rəqib etməklə səhv siyasət yürüdür. Bu siyasət əksinə Rusiya və Çini birgə hərəkət edib, ABŞ-a qarşı güc birliyi nümayiş etdirməyə sövq edir”.
Bu fikirləri Ednews-a müsahibəsində siyasi elmlər namizədi, beynəlxalq və Rusiya-Türkiyə münasibətləri üzrə ekspert Kərim Has deyib. Ekspert son zamanlar ABŞ-ın siyasi arenada doğru hərəkət etmədiyini də vurğulayıb.
“Buna baxmayaraq Rusiya və Çin yaxın gələcəkdə hərbi ittifaqlar yaratmağa hazır deyil. Hər iki ölkə öz suverenliyini bir-biri ilə bölüşməyə hələ hazır deyil. Şərqdə ölkələr həm Qərbə, həm də bir-birinə münasibətdə daha müstəqil siyasət yürütməyə üstünlük verirlər. Ona görə də mən hələlik onları müttəfiq adlandırmazdım. Amma təbii ki, Vaşinqtonun və ümumilikdə Qərbin yürütdüyü siyasət Rusiya ilə Çini yaxınlaşdırır”.
Çin və Rusiya arasında birgə hərbi təlimlərə gəlincə, siyasi analitik bildirib ki, Çin və Rusiyanı hərbi-siyasi münasibətləri gücləndirməyə sövq edən məhz ABŞ siyasətidir.
“Rusiya və Çin birgə hərbi təlimlər keçirir. Xüsusən 2014-cü ildən sonra təkcə Şərqi Çin, Baltik və ya Şimal dənizində deyil, həm də son illərdə Qara dənizdə 2022-ci il fevralın 24-dək hərbi təlimlər keçirməyə başlayıblar. Məhz ABŞ siyasəti Çin və Rusiyanı hərbi, hərbi-texniki və hərbi-siyasi əlaqələri gücləndirməyə sövq edir.
Yaxın gələcəkdə biz Çin və Rusiya arasında onların ərazilərində və su hövzələrində daha böyük birgə hərbi təlimlərin şahidi olacağıq”.
Nurlana Hacıyeva