ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yanvarın 1-dən etibarən Rusiyadan almaz idxalını qadağan edəcək.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Rusiyadan almaz idxalına qadağa qərarı 3 həftə içində açıqlanacaq.
Dünya almaz ticarətində birinci yerdə olan Belçikanın təklif etdiyi qadağa planı çərçivəsində qlobal almaz bazarı dəyişəcək.
Bu çərçivədə xam və cilalanmış almazları sertifikatlaşdırmaq və rus almazlarını izləmək üçün ortaq bir sistem tətbiq olunacaq.
G7 ölkələri ilə almaz ticarətində giriş məntəqələri və gömrük nəzarəti mərkəzləşdiriləcək.
Bu bazara yalnız sertifikatlı və Rusiyadan kənardan gələn brilyantlar çıxış əldə edəcək.
Beləliklə, Rusiyanın almazdan əldə etdiyi gəlir azalacaq.
Rusiya dünyanın ən böyük kobud almaz istehsalçısıdır. Rusiyanın almaz ixracından hər il 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir.
Xəyal Ramiz