Bolqarıstanın Müdafiə Nazirliyi Qara dənizdəki Tyulenovo şəhərinə bomba yüklü pilotsuz təyyarənin düşdüyünü və onu zərərsizləşdirmək üçün xüsusi bölmə göndərdiyini bildirib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, hadisə Bolqarıstanın şimal-şərqində, Rumıniya sərhədinə yaxın Qara dəniz sahilində yaşanıb.
Tülenovo kəndindəki otel meneceri sahilə çıxan 3,5 metrlik dronun ciddi zədələnmiş olduğunu görüb.
Bunun ardınca Hərbi Dəniz Qüvvələri qrupları səhər saatlarında hadisə yerinə gəlib.
Pilotsuz təyyarədə 82 millimetrlik partlayıcının olduğu müəyyən edildikdən sonra partlayıcı uzaqdan idarə olunan üsulla məhv edilib.
Müdafiə naziri Todor Taqarev pilotsuz təyyarənin haradan göndərildiyinin müəyyən edilmədiyini, lakin bunun Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğunu açıqlayıb.
“Belə hadisələr hər həftə baş verir”,- deyə o, qeyd edib.
Xəyal Ramiz