Polşada viza QALMAQALI - TƏFƏRRÜATLAR

İddialara görə Polşa rüşvət müqabilində viza verib. Hadisə ilə bağlı araşdırma aparılarkən, qalmaqalın təfərrüatları məlum olub.


Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, iddiaya görə 2021-ci ildən bəri ən azı 250 min insana pul müqabilində viza verilib. Hakim anti-immiqrant  tənqidinin mərkəzindədir.


Polşada keçən həftə 7 nəfərə qarşı cinayət işi ilə başlayan viza rüşvət böhranı dərinləşir.


Polşa mətbuatında yayılan məlumatlara görə, Mərkəzi Antikorrupsiya Bürosunun təqdim etdiyi sübutlar əsasında istintaq martın 7-də başlayıb.
Seçkilərə bir ay qalmış ortaya çıxan bu qalmaqal iqtidardakı anti-immiqrant Hüquq və Ədalət Partiyasını hədəfə alıb. Məlum olub ki, bütün dünyada Polşa nümayəndəlikləri Aİ-yə pullu qapı açıb.


Hesablamalara görə, 2021-ci ildən bəri 250 mindən çox insana rüşvətlə viza verilib. Bu vizanı alan minlərlə insan daha sonra Meksikaya, oradan da ABŞ-a qaçıb.


Ana müxalifət lideri Donald Tusk hadisəni "Polşanın 21-ci əsrin ən böyük qalmaqalı" adlandırıb. 


Həmin gün Xarici İşlər Nazirinin müavini Piotr Vavrşik vəzifəsindən azad edilib.


Xəyal Ramiz