ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin borcu 33,04 trilyon dollara çatıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, ABŞ Konqresinin 2023-cü maliyyə ilinin başa çatacağı sentyabrın sonunda yeni müvəqqəti büdcə qəbul edərək hökumətin buraxılmasının qarşısını almağa çalışdığı bir vaxtda ölkənin borcu tarixi səviyyəyə yüksəlib.
Amerikanın uzunmüddətli maliyyə problemlərini həll etmək üçün çalışan Peter G. Peterson Fondunun baş icraçı direktoru Maykl Peterson, mövzu ilə bağlı etdiyi şərhdə, ABŞ-ın milli borcunun trilyonlarla dollar artmağa davam etdiyini söylədi.
32 trilyon dollarlıq borc həddinin ölkənin iyun ayındakı borc limiti "mübahisəsindən" sonra aşıldığını ifadə edən Peterson, siyasətçiləri real maliyyə problemini həll etməyən təşkilat və qurumların yerinə əsas problem olan borcun özünə fokuslanmasını istədiyini ifadə etdi.
Yanvarın 19-da ABŞ 31,4 trilyon dollar borc həddinə çatıb və ABŞ Maliyyə Nazirliyi limiti aşmamaq və mümkün böhranın qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başladı.
Borc limiti ilə bağlı uzun danışıqlardan sonra Konqresdə razılıq əldə olunub və ABŞ prezidenti Co Bayden iyun ayında borc limitini artırmaqla ölkənin böhran vəziyyətinə düşməsinin qarşısını alacaq qanun layihəsini imzalayıb.
Xəyal Ramiz