İstanbulda bir lisey şagirdinin Mustafa Kamal Atatürkün fotosuna reaksiyalarını əks etdirən sosial media videosundan sonra polis hərəkətə keçib.
Ednews ntv-yə istinadən xəbər verir ki, 17 yaşlı şübhəli barəsində məhkəmə və inzibati proses başlanıb.
İstanbulda Mustafa Kamal Atatürkün fotosuna qarşı nalayiq jestlər edən lisey şagirdinin görüntüləri sosial mediada böyük əks-səda doğurub.
17 yaşlı AES polis qrupları tərəfindən nəzarətə alındı. Məsələ ilə bağlı İstanbul Valiliyi açıqlama verib.
İstanbul Valiliyi tərəfindən edilən yazılı mətbuat şərhində aşağıdakı ifadələrə yer verilib:
- 20.09.2023-cü il tarixində sosial media kanallarında paylaşılan görüntülərdə Mustafa Kamal Atatürkün fotosuna qarşı ədəbsiz hərəkətlər edən bir şəxs göründü və həmin şəxs müəyyən edilib.
Oğuz