ABŞ prezidenti Co Bayden ABŞ-ın ilk Abrams tanklarının gələn həftə Ukraynaya təhvil veriləcəyini açıqlayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Bayden və həyat yoldaşı Cill Bayden Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskanı qəbul ediblər. Liderlər ikitərəfli və nümayəndə heyətləri arası görüşlərindən sonra kameralar qarşısına keçiblər.
Bayden vurğulayıb ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanın ərazisini geri almaq üçün humanitar yardım və hərbi dəstək göstərməyə davam edəcək.
Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli və davamlı sülhü dəstəklədikləri mesajını təkrarlayan Bayden, Rusiyanın sülhə mane olduğunu və istəsə bu gün müharibəni bitirə biləcəyini qeyd edib. Bunun əvəzinə Bayden Rusiyanın İran və Şimali Koreyadan daha çox silah almağa çalışdığını müdafiə edib.
ABŞ-ın Ukraynaya yeni 325 milyon dollarlıq hərbi yardımını açıqlayan Bayden, paketin daha çox döyüş sursatı və avadanlığın olduğunu bildirib.
Bayden: “Gələn həftə ABŞ-ın ilk Abrams tankları Ukraynaya çatdırılacaq”, deyə qeyd edib.
Bayden Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə diqqət ayırdıqlarını və bu çərçivədə əlavə avadanlıq təmin edəcəklərini bildirib.
Ukraynanın gələcəyi çərçivəsində islahat və maliyyə dəstəyi verəcəklərini açıqlayan Bayden, bu ölkəni dəstəkləməyə davam edəcəklərini vurğuladı.
Zelenski həmçinin ABŞ-a göstərdiyi köməyə görə təşəkkür edib və məhsuldar görüş keçirdiklərini bildirib.
Ukraynanın müdafiə qabiliyyətinin yaxşılaşdırılması, qış dövründə hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və taxıl ixracı kimi mövzularda müəyyən addımlar üzərində razılaşdıqlarını ifadə edən Zelenski, sülh formulu üzərində işləməyə davam edəcəklərini qeyd edib.
Oğuz