Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsi və regionda qələbə qazanması ABŞ prezidenti Co Baydeni narahat edib.
Ednews “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, Nazirlər Kabinetinin əsas üzvlərindən olan Samanta Paueri Ermənistana göndərən Bayden baş nazir Paşinyana da məktub göndərib.
Bayden həmrəylik məktubunda həyatını itirən ermənilərə yas tutduqlarını bildirib.
Pauer Ermənistana gələn kimi Ermənistan lideri Nikol Paşinyanla görüşüb. Görüş zamanı Pauer Baydenin məktubunu çatdırıb. Media ilə də paylaşılan məktubda diqqətçəkən ifadələr yer alıb.
Məktubda Paşinyana müraciət edən Bayden Ermənistanın ərazi bütövlüyü və sülhünə diqqət çəkib və deyib: “Mən Ermənistan və mənim administrasiyamdan şəxsən sizə Ermənistanın suverenliyinizi, müstəqilliyinizi, ərazi bütövlüyünü və demokratiyanı qoruyan şərəfli və davamlı regional sülhə nail olmaq cəhdinə güclü dəstəyini bildirmələrini istədim”, – o deyib.
Qarabağda həyatını itirən ermənilər üçün yas tutduğunu bildirən Bayden məktubunda bu ifadələrə yer verib; “Müstəqillik gününüzü qeyd edərkən sizə və Ermənistan xalqına ən xoş arzularımı çatdırıram. Bu il biz bu qürurverici hadisəni qeyd edərkən, həmçinin etnik ermənilərin son ölümlərinə görə yas tuturuq. Sizi əmin edirəm ki, siz daxildə demokratiyanızı gücləndirmək və qonşuluqda sabitlik axtardığınız zaman ABŞ Ermənistanın yanında olmağa davam edəcək”.
Oğuz