ABŞ prezidenti Co Baydenin alman çoban iti "Komandir" daha bir məxfi xidmət əməkdaşını dişləyib.
Ednews ntv-yə istinadən xəbər verir ki, 2021-ci ildə Ağ Evə gələn alman çoban itinin 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər ən azı 10 gizli xidmət əməkdaşına hücum etdiyi bildirilir.
Qeyd olunub ki, “Komandir”in dişləməsi nəticəsində bir neçə nəfər xəstəxanalıq olub.
Ağ Ev rəsmiləri dişləmə hadisələrindən sonra Bayden ailəsinin it üçün yeni bir təlim üzərində işlədiyini və daha aktiv olacağı yerlərin hazırlandığını bildirib.
Baydenin həyat yoldaşı Jill Baydenin Kommunikasiya Direktoru Elizabeth Alexander Ağ Ev kompleksinin "ev heyvanları üçün stresli bir mühit" olduğuna diqqət çəkib. Əlavə olaraq, Bayden ailəsinin vəziyyəti hər kəs üçün yaxşılaşdırmaq üçün yollar axtardığını söyləyib.
Xatırladaq ki, iki yaşlı alman çoban iti "Komandir" 2021-ci ilin dekabrında qardaşı Ceyms Bayden tərəfindən Baydenə hədiyyə edilmişdi.
Oğuz