ABŞ prezidenti Co Bayden demokratlar arasında ən uyğun namizəd olduğunu bildirib.
Ednews xəbər verir ki, “ProPublica”ya verdiyi müsahibədə Bayden özünü niyə Demokratik prezident seçkiləri üçün ən yaxşı namizəd hesab etdiyi ilə bağlı suala cavab verib və bildirib ki, özünü keçmiş prezident Donald Trampın qarşısını almaq üçün ən yaxşı namizəd qismində görür. O, buna yenidən prezident olduğu təqdirdə demokratiya üçün potensial təhlükə kimi baxır.
"Düşünürəm ki, Tramp qalib gəlməli olduğu qənaətinə gəlib... Və onlar bütün dayanacaqları aradan qaldıracaqlar" – deyə Bayden vurğulayıb.
Ülviyyə