Meksikada dini mərasim zamanı kilsənin damı uçub.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Syudad-Mader şəhərində baş verib.
Nəticədə 9 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Qəza zamanı binada 100-dən çox adam olub.
Dağıntıların təmizlənməsi və insanların axtarışı üçün kilsəyə ordu cəlb edilib.