Türkiyənin Qəhrəmanmaraş vilayətinin Onikişubat ilçəsində 4,3 bal gücündə zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.
Ölkənin daxili işlər naziri Əli Yerliqaya zəlzələ ilə bağlı hər hansı tələfat, yaxud dağıntının baş vermədiyini bildirib.