Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell vurğulayıb ki, 2030-cu il Ukraynanın Aİ-yə daxil olması üçün qəti bir tarix deyil, daha çox hədəfdir.
Ednews xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, siyasi üfüqdür. Tarixi təyin etməkdə məqsəd sadəcə olaraq hərəkətə başlamaq üçün siyasi enerjini səfərbər etməkdir. Üfüqün olması yaxşıdır, hədəfin olması yaxşıdır. Bu, o demək deyil ki, bu dəqiq tarixdir”, - deyə Borrell Avropa Siyasi Birliyinin İspaniyada davam edən iclasında iştirakı zamanı bildirib.
Borrell onu da izah edib ki, Ukrayna öz təklifini təqdim edən sonuncu ölkə olaraq, özündən əvvəl 10 digər namizəd ölkənin yer aldığı “növbəni sıxışdırmalıdır”. O əlavə edib ki, Avropa bloku yeni üzvlüklərin verilməsində daha sürətlə hərəkət etməlidir.
Ülviyyə Şahin