Cənubi Afrika Respublikasının mərkəzi hissəsində yerləşən Lohatla şəhəri yaxınlığındakı hərbi təlim bazasında baş verən yanğın nəticəsində ordunun ən azı altı əməkdaşı həlak olub.
Ednews Bu barədə yerli “The South African” qəzeti məlumat yayıb.
Qəzet qeyd edib ki, daha üç əsgər ağır yaralanıb.
Yanğın döyüş hazırlığı mərkəzində baş verib, onun səbəbi hələ müəyyən edilməyib.