Misir prezidenti Əbdülfəttah əs-Sisi Fələstin prezidenti Mahmud Abbasla "İsrail və Fələstin arasındakı gərginliyi" dəyərləndirib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, bölgədəki gərginliyin müzakirə olunduğu görüşdə liderlər siyasi variantların olmadığı, dinc əhalinin həyatını, təhlükəsizlik və sabitliyi təhdid edəcək şəkildə pisləşən hazırkı vəziyyətin təhlükəsinə diqqət çəkiblər.
Sisi və Abbas hazırkı gərginliyin davam etməsindən, təhlükəsizlik və humanitar şəraitin ciddi şəkildə pisləşməsindən “dərin narahatlıqlarını” ifadə ediblər.
Liderlər həmçinin vurğuladılar ki, regionda davamlı sabitliyin təmin edilməsi Fələstin probleminin beynəlxalq legitimlik şərtlərinə uyğun olaraq iki dövlətli həll əsasında ədalətli və hərtərəfli həllinə nail olmağı tələb edir.
ABBAS QƏTƏR ƏMİRİ İLƏ DƏ GÖRÜŞÜR....
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə Fələstin prezidenti Abbas arasında telefon danışığı olub.
Fələstin və İsraildəki son hadisələrin müzakirə olunduğu görüşdə Şeyx Təmim gərginliyin azaldılması və mülki qan tökülməsinin dayandırılmasının ölkəsi üçün prioritet olduğunu və bu məqsədə çatmaq üçün müxtəlif tərəflərlə diplomatik səylər göstərdiklərini qeyd edib.
Atəşkəs və sağlam düşüncəyə çağıran Şeyx Təmim ölkəsinin qardaş Fələstin xalqının qanuni hüquqları, xüsusilə də iki dövlətli həll əsasında paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması ilə bağlı dəqiq mövqe tutduğunu vurğulayıb.
Xəyal Ramiz