Ukrayna prezidenti Volodimir Zelenski bu ölkənin silahlı qüvvələrində xidmət etmiş azərbaycanlı Elvin İlqar oğlu Novruzovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.
Ednews xatırladır ki, Novruzovlar ailəsi Azərbaycanın Biləsuvar rayonundandır.
Elvinin özü Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub boya-başa çatıb.
O, müharibənin ilk günlərindən Ukrayna silahlı qüvvələrinin sıralarında döyüş əməliyyatlarında iştirak edib.
Bu ilin əvvəlində Baxmut yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.