Zelenski NATO - nun baş katibi ilə görüşüb.
Hər iki partiyadan Ukraynaya hərbi yardımların davam etdirilməsini istəyən ABŞ senatorları ən yaxın müddətdə Kiyevə 50 milyard dollardan 100 milyard dollaradək illik yardım paketinin qəbul edilməsinə nail olmaq niyyətlərini bildiriblər.
Ednews The Wall Street Journal qəzetinə istinadən xəbər verir ki, ukraynayönlü senatorların yardım paketi prezident Co Baydenin avqust ayında istədiyi yardımdan xeyli böyük məbləğdədir və 2024-cü il ABŞ prezidenti seçkilərinədək olan müddəti nəzərdə tutur.
Qəzet xatırladır ki, Bayden ötən yay Ukrayna üçün 24 milyard dollarlıq yardım paketinin təsdiqini istəyəndə, bir çox respublikaçıların müqaviməti və narazılığı ilə üzləşmişdi.
Məqalədə deyilir ki, bu, həm də müharibə xərclərindən narazı seçicilərin Respublikaçı Partiyaya artan təzyiqləri ilə bağlıdır.