Rusiya-Türkiyə münasibətləri indiyədək heç vaxt görünməmiş səviyyəyə yüksəlib.
Ednews xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyində keçirilən “Rusiya-Türkiyə: əməkdaşlığın möhkəmlənməsində medianın rolu” mövzusunda dəyirmi masada söyləyib.
Onun sözlərinə görə, dinamik inkişaf edən ikitərəfli münasibətlər ölkə rəhbərləri arasında səmimi və səmərəli siyasi dialoqa əsaslanır. Bundan əlavə, M.Zaxarova qarşılıqlı surətdə faydalı iqtisadi kooperasiya və mədəni-humanitar əlaqələrin də əhəmiyyətini vurğulayıb.
Tədbirdə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin iştirak edib.