ABŞ - ın keçmiş prezidenti Donald Tramp hazırki prezident Co Baydeni "Ağ evi işğal edən gülüş obyekti" adlandırıb.
Ednews "CNN" - ə istinadən xəbər verir ki, o bu barədə Florida Ştatında tərəfdarları qarşısında çıxışda deyib.
"Quldur Conun dövrü sizə xaos, qan tökülməsi, müharibə, terror və ölümlər bəxş etdi. Bu gün baş verənlərə baxın. Bütün bunlar ona görədir ki, Ağ Evi gülüş obyekti zəbt edib. ABş-ın dünyadakı düşmənləri sadəcə olaraq nə qədər şanslı olduqlarına inana bilmirlər",- deyə keçmiş prezident qeyd edib.
Trampın sözlərinə görə, Bayden administrasiyası dövründə ABŞ-ın mövcud rəqibləri "həqiqətən şanslıdırlar".
Əkbər Novruz