NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin şəxsi heyətinə daha 130 hərbçi əlavə olunub.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Məlumata görə, şəxsi heyəti gücləndirmək məqsədilə Rumıniyadan 130 hərbçi Kosovoya gəlib.
Qeyd edilib ki, daha əvvəl Böyük Britaniya qüvvələrinin 200 hərbçisi qoşulmuşdu.