ABŞ-ın Çikaqo şəhərində fələstinli ailəyə hücum olub.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, kirayə verdiyi evdə fələstinli ailəyə hücum edən ev sahibi azyaşlını qətlə yetirib, ananı isə ağır yaralayıb. Hücumun səbəbi kimi uşaq və anasının müsəlman kimliyi və İsrail- Fələstin münaqişəsi səbəbiylə həyata keçirildiyi kimi göstərilib.
Bildirilib ki, polis ev sahibinin ona bıçaqla hücum etdiyini söyləyən qadının zəngindən sonra hərəkətə keçib və hadisə yerinə gələndə Czubanı evin qarşısında oturmuş vəziyyətdə görüblər.
26 bıçaq zərbəsi alan uşağın vəziyyətinin ağır olduğu, yerli xəstəxanaya köçürüldükdən sonra dünyasını dəyişdiyi, xəstəxanaya yerləşdirilən anasının vəziyyətinin də kritik olduğu bildirilib.
ABŞ prezidenti Co Bayden, hücumla bağlı açıqlamada, müsəlman uşağının öldürülməsini “dəhşətli nifrət aktı” adlandırıb.
Xəyal Ramiz