ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayova ştatının Adel şəhərində keçirilən mitinqdə iddia edib ki, onun vəzifədə olduğu dövrdə İran “zəif və çarəsiz” olub, bu səbəbdən onun varisi Co Bayden dövlət başçısı olanda Tehranı “xoşbəxt edib”.
İranın HƏMAS-ın İsrailə hücumlarını dəstəklədiyinə inanan Tramp, onun administrasiyasının Qüdsü sonuncu ölkənin paytaxtı kimi tanıdığını və onun Colan təpələri üzərindəki suverenliyini Tehranı zəiflətdiyini vurğulayıb. "İndi onların çoxlu kartları var", - deyə Tramp qeyd edib.
Tramp vəziyyətin indiki istiqamətdə inkişaf edə biləcəyini illər əvvəl proqnozlaşdırdığını və “Tramp hər şeydə haqlı idi” deyiminin doğru çıxdığını vurğulayıb.
Ülviyyə Şahin