İsrail Müdafiə Qüvvələrinin beynəlxalq sözçüsü, polkovnik-leytenant Conatan Konrikus bildirib ki, ABŞ prezidenti Co Baydenin Təl-Əvivə gözlənilən səfəri Qəzza zolağında potensial əməliyyata mane olmayacaq və ya təxirə salınmayacaq.
Ednews xəbər verir ki, CNN ilə söhbəti zamanı Konrikus, Baydenin İsrailin HƏMAS-ı məğlub etməkdə qəti qərarlılığına dəstəyinə inandığını ifadə edib. “Düşünürəm ki, prezident həm də “Həmas məhv edilməlidir” deyib və bizim hərbi məqsədimiz məhz budur”, - deyə o, əlavə edib.
Bir gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken Baydenin oktyabrın 18-də İsrailə gedəcəyini təsdiqləyib.
Ülviyyə Şahin